Çavuşoğlunun açıqlamasından sonra türk lirəsinin dollara qarşı 5,93 səviyyəsinə düşüb

Çavuşoğlunun açıqlamasından sonra türk lirəsinin dollara qarşı 5,93 səviyyəsinə düşüb
# 15 iyun 2019 08:14 (UTC +04:00)

ABŞ Ankaranın Rusiyadan S-400 sistemi almasına görə sanksiyalar tətbiq etsə, Türkiyə “qarşılıqlı addımlar atacaq”.

APA “voice news”a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu deyib.

O bildirib ki, ABŞ onlara qarşı hər hansı mənfi addım atarsa, qarşılıqlı tədbir görəcəklər.

Çavuşoğlu həmçinin bəyan edib ki, Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistmeninin alınması qərarından geri çəkilməyəcək.


Bu arada “Reuters” agentliyi Çavuşoğlunun bu açıqlamasından sonra türk lirəsinin ABŞ dollarına qarşı 5,93 səviyyəsinə düşdüyünü yazıb: “Bu, son iki həftədə ən zəif göstəricidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR