Gürcüstan və ABŞ müdafiə sahəsində üçillik müqavilə imzalayacaq

Gürcüstan və ABŞ müdafiə sahəsində üçillik müqavilə imzalayacaq
# 17 avqust 2019 11:53 (UTC +04:00)

Gürcüstan və ABŞ bir neçə gündən sonra müdafiə sahəsində əməkdaşlığa dair üçillik müqavilə imzalayacaq.

APA-nın xəbərinə görə, bunu Gürcüstanın Müdafiə naziri Levan İzoriya ABŞ-ın yeni hərbi attaşesi, polkovnik Stefani Beqli ilə görüşün nəticələrinə dair tədbirdə deyib.

“Növbəti illərdə biz polkovnik Stefani Beqli və onun komandası ilə Gürcüstanda hər iki ölkənin müdafiə imkanlarının gücləndirilməsinə xidmət edən uğurlu siyasəti davam etdirəcəyik”, - L. İzoriya bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR