Gürcüstanda daha üç deputat hakim partiyadan ayrılıb

Gürcüstanda daha üç deputat hakim partiyadan ayrılıb
# 15 noyabr 2019 12:32 (UTC +04:00)

Gürcüstan parlamentinin daha üç üzvü - Zviad Dzidziquri, Nino Qoquadze və Giga Bukia parlament çoxluğu olan "Gürcü Arzusu" fraksiyasını tərk etdiyini açıqlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq açıqlama partiya bürosunda keçirilən brifinqdə verilib.

"Bir neçə aydır ki, ictimaiyyəti, bütün siyasi oyunçuları konstitusiya dəyişikliyi edəcəyimizə inandırırıq. Komandaya ehtiyac olduğu bir vaxtda tərk etdiyimizi söyləyənlərə demək istəyirəm: Biz, mühafizəkarlar, heç vaxt komanda oyunu prinsipinə xəyanət etməmişik",- deyə Z.Dzidziquri bildirib.

Qeyd edək ki, ötən gün proprosional seçki sisteminə keçidlə bağlı konstitusiya layihəsinin parlament səsverməsində qəbul edilməməsindən sonra aralarında parlamentin vitse-spikeri Tamar Çuqoşvili də olmaqla 9 millət vəkili hakim partiyadan ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR