Gürcüstanda həbs edilən hərəkat lideri sərbəst buraxılıb - YENİLƏNİR

Gürcüstanda həbs edilən hərəkat lideri sərbəst buraxılıb - YENİLƏNİR
# 01 oktyabr 2019 15:13 (UTC +04:00)

Gürcüstanın müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvilinin məhkəmə iclası təxirə salınıb və o, sərbəst buraxılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məhkəmə bu qərarını Daxili İşlər Nazirliyi tərəfindən dəlillərin tam təqdim edilməməsi ilə əlaqələndirib.

Proses oktyabrın 8-də Tbilisi Şəhər Məhkəməsində davam edəcək.

***

12.13

“Qalib Gürcüstan” hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hərəkatın üzvü Kote Kemularia məlumat verib.

Hərəkat liderinin inzibati qaydada həbs edildiyi bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Q. Çalaqaşvilinin xuliqanlıq törətdiyi üçün həbs edildiyini açıqlayıb.

Qeyd edək ki, bu il iyunun 11-də təsis edilən siyasi hərəkatın qurucusu, Gürcüstanın sabiq müdafiə naziri İ. Okuraşvili də həbsdədir. O, iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR