İspaniyada hərbi təyyarə qəzaya uğrayıb - QƏZA ANI

İspaniyada hərbi təyyarə qəzaya uğrayıb - QƏZA ANI
# 26 avqust 2019 17:15 (UTC +04:00)

İspaniya hava qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, təlim üçün istifadə olunan C-101 reaktiv təyyarəsinin pilotu qəza zamanı həlak olub.

Pilotun uçuş təlimatçısı olduğu bildirilib.

Təyyarə İspaniya Hərbi Hava Qüvvələri Akademiyasına məxsusdur.

Qəzanın səbəbi araşdırılır.

Qeyd edək ki, bazar günü də İspaniyanın Mayorka adasında vertolyot və yüngül mühərrikli təyyarənin toqquşma nəticəsində 7 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR