Portuqaliyada silsilə oğurluqlar edən Gürcüstan vətəndaşları saxlanılıb

Portuqaliyada silsilə oğurluqlar edən Gürcüstan vətəndaşları saxlanılıb
# 15 iyul 2019 09:36 (UTC +04:00)

Portuqaliya polisi Villa Nova De Gua şəhərində evlərdən oğurluq edən 3 Gürcüstan vətəndaşını saxlayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, saxlanılan şəxslərin Şərqi Avropada fəaliyyət göstərən cinayətkar qruplaşmalarla əlaqəsi olduğu bildirilir.

Araşdırma zamanı cinayətkar qruplaşmanın 3 ildir, fəaliyyət göstərdiyi üzə çıxıb. Oğruların son beş ay ərzində ən az 20 mənzildən oğurluq etdiyi, əsasən Porto, Braqa və Lissabon şəhərlərində fəaliyyət göstərdikləri qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR