Türkiyə XİN: Ermənilər arxivləri açmağa səy göstərsələr, həqiqət ortaya çıxar

Türkiyə XİN: Ermənilər arxivləri açmağa səy göstərsələr, həqiqət ortaya çıxar
# 26 aprel 2019 14:42 (UTC +04:00)

“Ermənistanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanan fikirlər bu ölkənin hələ də dövlətçilik ənənələrinə sahib olmadığını göstərir".

ONA-nın Türkiyə bürosunun verdiyi məlumata əsasən, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hami Aksoy Ermənistanın arxivlərin açılması və ortaq tarixin yaradılması ilə bağlı Türkiyənin təklifini rədd etməsi ilə bağlı suala cavabında deyib.

O bildirib ki, qondarma "erməni sıyqırımı" ilə bağlı Ermənistan tərəfi arxivləri qapalı saxlamasa, bu problem həll olar: “1915-ci il hadisələrinə Avropa İnsan Haqları Məhkəməsi hüquqi qiymətini verib və Türkiyənin bu məsələdə günahkar olmadığını təsbit edib. Rəsmi Yerevan arxivlərini tam açmır. Bundan başqa Üçmüədzində erməni katolikosu, Qüdsdəki erməni patriarxlığı, Bostondakı Daşnaksütun arxivləri sadəcə erməni iddialarını dəstəkləyənlərə açıqdır. Ermənilər əslində arxivləri açmağa səy göstərsələr, həqiqət ortaya çıxar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR