Türkiyənin aparıcı partiyaları Gülənin ekstradisiyası üçün ABŞ-a müraciət edib

Türkiyənin aparıcı partiyaları Gülənin ekstradisiyası üçün ABŞ-a müraciət edib
# 09 avqust 2019 18:16 (UTC +04:00)

Türkiyənin 4 böyük siyasi partiyası FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı ABŞ-a müraciət edib.

APA-nın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, müraciəti hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AK Parti) və müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP), İYİ Partiyanın Türkiyə Böyük Millət Məclisindəki üzvləri imzalayıblar.

Qeyd edilib ki, FETÖ başçısı Gülən terror təşkilatını hazırda ABŞ-dan idarə edir.

”FETÖ İŞİD və əl-Qaidə terror təşkilatlarının üsullarından istifadə edir. Gülənin indiyədək ekstradisiya edilməməsi Türkiyə-ABŞ münasibətlərinə də zərər verir”, - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də FETÖ Türkiyədə hərbi çevrilişə cəhd edib. Nəticədə yüzlərlə insan şəhid olub, minlərlə şəxs yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR