Ukrayna nümayəndə heyəti AŞPA-nın sessiyasında iştirakdən imtina edib

Ukrayna nümayəndə heyəti AŞPA-nın sessiyasında iştirakdən imtina edib
  • Clock-gray 13:49
  • calendar-gray 21 Sentyabr 2019

Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirakdan imtina edib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Boqdan Yaremenko öz "Facebook" səhifəsində yazıb.

"AŞPA-nın öz prinsiplərini pozmasına etiraz etməyin bundan başqa yolu yoxdur. Bu təşkilatın prinsiplərini pozanlara cavab vermək üçün başqa yolu olmayan və maraqlarına ciddi hörmətsizliklə üzləşən Ukrayna öz nümayəndə heyətini növbəti AŞPA sessiyasına göndərməkdən imtina edir",  - deyə Yaremenko bildirib.

Komitə sədri əlavə edib ki, millət vəkilləri AŞPA-ya etimadın bərpası planı ilə bağlı Avropa Şurasına üzv dövlətlərin nümayəndələri ilə məsləhətləşmək niyyətindədirlər. “Əsas diqqət nümayəndə heyətimizin Avropa Şurasına üzv olan ölkələrlə AŞPA-ya etimadın bərpa edilməsi planına ayrılacaq. Bu qərar Ukrayna Parlamentinin əksər fraksiyaları tərəfindən dəstəklənib ", - o vurğulayıb.

Qeyd edək ki, bu ilin iyun ayında AŞPA üç illik fasilədən sonra Rusiya nümayəndə heyətinin qurumda tam səlahiyyətlərini təsdiq edən qətnaməni qəbul edib. Sözügedən qərar Ukrayna tərəfinin etirazına səbəb olub.

AŞPA-nın payız sessiyası gələn həftə keçiriləcək. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date