Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi keçiriləcək

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi keçiriləcək
  • Clock-gray 19:25
  • calendar-gray 16 İyul 2019

“Normand dördlüyü” ölkələri liderlərinin xarici siyasət üzrə müşavirləri bir ay ərzində Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsini həyata keçirməklə bağlı razılığa gəliblər. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezident administrasiyasının rəhbərinin müavini Vadim Pristayko bildirib.

Onun sözlərinə görə, döyüşlərin dayandırılması, Luqansk və daha iki öncədən razılaşdırılmış ərazinin minadan təmizlənməsi ilə də bağlı razılığa gəlinib.  

Qeyd edək ki, “Normand dördlüyü” ölkələrinin dövlət başçılarının müşavirlərinin görüşü iyulun 12-də Fransanın paytaxtı Parisdə keçirilib. 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date