PKK-çılar iki türk hərbçisini öldürüb, birini isə yaralayıblar

PKK-çılar iki türk hərbçisini öldürüb, birini isə yaralayıblar
# 11 aprel 2009 09:47 (UTC +04:00)
Şırnak – APA. Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında silahlı toqquşma olub. APA-nın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi saytına istinadən verdiyi məlumata görə, Şırnakın Mərkəz rayonunun dağlıq ərazisində yerli vaxtla aprelin 10-da saat 20.20-də baş verən toqquşma zamanı terrorçuların açdığı atəş nəticəsində 2 əsgər həlak olub.

Sırnakın Uludərə rayonunda dünən yerli vaxtla səhər saat 09.30-da baş verən toqquşmada isə 1 hərbçi yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR