ABŞ və Ukrayna müdafiə nazirlərinin telefon danışığı olub

Lloyd Ostin, Oleksiy Reznikov

© APA | Lloyd Ostin, Oleksiy Reznikov

# 29 iyun 2022 12:16 (UTC +04:00)

Ukrayna müdafiə naziri Aleksey Reznikov və ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri "Twitter"də bildirib.

"NATO Sammiti ərəfəsində dostum, ABŞ müdafiə naziri Lloyd Ostinlə telefon danışığım oldu. O, NATO-nun Ukraynanın azadlıq və müstəqillik uğrunda mübarizəsinə güclü dəstəyini bir daha təsdiqlədi. Biz, həmçinin Alyansa üzv dövlətlərdən Ukraynaya növbəti hərbi yardım paketini müzakirə etdik", - Reznikov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR