AEBA rəhbəri Zaporojye AES-də təhlükəsizlik zonasının yaradılmasını müzakirə edəcək

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 12 yanvar 2023 15:09 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bunu Rusiyanın Avstriyadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

Qrossi Ukraynaya səfəri zamanı Zaporojye AES-də təhlükəsizlik zonasının yaradılması məsələsini Kiyev şəhərində hakimiyyət orqanları ilə müzakirə etməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl Qrossi Ukraynadan sonra Rusiyaya getmək niyyətini bildirmişdi və həmçinin qeyd etmişdi ki, hər iki dövlətin başçısı ilə görüşlər keçirməyə ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR