Aİ Rusiyadan qızıl idxalını qadağan edib

Aİ Rusiyadan qızıl idxalını qadağan edib
# 21 iyul 2022 16:10 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiyadan qızıl idxalını qadağan edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib.

“Bu gün biz Rusiyanın Ukraynaya təcavüzünü maliyyələşdirmək imkanlarını azaltmaq məqsədilə növbəti bir addım atırıq. Biz Rusiyanın enerjidən sonra ən böyük ixracını – Rusiya qızılını effektiv şəkildə qadağan edirik”, - Borell qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR