Aİ Rusiyaya sanksiyaların müddətini uzadıb

Aİ Rusiyaya sanksiyaların müddətini uzadıb
# 27 yanvar 2023 16:09 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şura bu gün Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrini hədəf alan məhdudlaşdırıcı tədbirlərin altı ay - 31 iyul 2023-cü ilə qədər uzadılması barədə qərar qəbul edib.

"İlk dəfə 2014-cü ildə Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətlərinə cavab olaraq tətbiq edilən bu sanksiyalar Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzü fonunda 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.

Onlar hazırda ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və bahalı mallar üzrə məhdudiyyətlər də daxil olmaqla, bir sıra sahələri əhatə edir", - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR