Almaniya Baş prokuroru: "Şimal Axını 1 və 2"-dəki partlayışların arxasında Rusiyanın olmasına dair sübutumuz yoxdur

Almaniyanın Baş prokuroru Peter Frank

© APA | Almaniyanın Baş prokuroru Peter Frank

# 04 fevral 2023 13:42 (UTC +04:00)

"Hazırda alman müstəntiqlərinin əlində "Şimal Axını 1" və " Şimal Axını 2" qaz kəmərlərində baş verən partlayışların arxasında Rusiyanın dayandığına dair heç bir sübut yoxdur".

APA xəbər verir ki, bunu Almaniyanın Baş prokuroru Peter Frank "Welt am Sonntag"a deyib.

"Hazırda bunu sübut etmək mümkün deyil, araşdırmalar davam edir, iki tədqiqat gəmisinin köməyi ilə su və torpaq nümunələri, o cümlədən boru kəmərlərinin qalıqları götürülüb, hadisə yeri də hərtərəfli sənədləşdirilib. Bütün bunları məhkəmə-tibbi ekspertizasında qiymətləndiririk", - Baş prokuror bildirib.

Xatırladaq ki, sentyabrın sonunda Danimarkanın Baltik dənizindəki Bornholm adası yaxınlığında baş verən partlayışlardan sonra iki boru kəmərində ümumilikdə dörd sızma aşkar edilib. İsveç təhlükəsizlik orqanları noyabrda bunun ciddi təxribat olduğunu bildiriblər lakin, lakin günahkarın adını çəkməyiblər. Hər iki ölkə öz araşdırmalarını aparır.

Almaniyanın Baş prokuror deyib ki, onlar bu araşdırmalarla bağlı təmasdadırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR