Almaniya hökuməti Merkeli xərclərini azaltmağa çağırıb

Angela Merkel

© APA | Angela Merkel

# 05 noyabr 2022 09:41 (UTC +04:00)

Almaniya hökuməti ölkənin keçmiş kansleri Angela Merkelə xərclərini azaltmağı tapşırıb və ona əvvəlki səlahiyyətlərinin məhdudlaşdırıldığını xatırladıb.

APA xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb.

Həmçinin qeyd olunub ki, Merkelin ofisi təmtəraqlı olmamalıdır, bu ofis vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçündür və heç bir halda şəxsi məqsədlər üçün istifadə oluna bilməz.

O da əlavə olunub ki, keçmiş kanslerin səyahət xərcləri bir halda dövlət tərəfindən qarşılana bilər ki, səyahətlər Almaniya dövlətinin maraqlarına uyğun olsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR