Almaniyada 3 AES-in fəaliyyəti dayandırılır

AES

© APA | AES

# 31 dekabr 2021 20:23 (UTC +04:00)

Almaniyada 3 atom elektrik stansiyasının fəaliyyəti eyni gündə dayandırılır.

APA-nın TASS agentliyinə istinadla xəbərinə görə, 1 yanvar 2022-ci il saat 00.00-da 3 AES-in fəaliyyəti dayandırılacaq və onlar elektrik şəbəkəsindən ayrılacaq. Söhbət Şlezviq, Bavariya və Aşağı Saksoniyada yerləşən stansiyalardan gedir.
Bu tarixdən etibarən ölkədə cəmi 3 AES fəaliyyət göstərəcək ki, onların da istismarının son müddəti 31 dekabr 2022-ci il müəyyən edilib. Bununla da, Almaniya 1 yanvar 2023-cü il tarixdə nüvə enerjisindən istifadəni tam dayandıracaq. Fəaliyyətini dayandırmış stansiyaların sökülməsi isə bir neçə il çəkəcək.

Qeyd edək ki, 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzadan sonra Almaniya hökuməti atomdan dinc məqsədlə istifadəni dayandıracağını elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR