Avropa Şurasının Baş katibi Kiyevə səfər üçün dəvət gözləyir

Mariya Peyçinoviç Buriç

© APA | Mariya Peyçinoviç Buriç

# 26 aprel 2022 18:11 (UTC +04:00)

Kiyevə hər zaman səfər etməyə hazıram.

APA-nın Britaniya bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bu gün AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.

O çıxışında Ukrayna xalqı ilə həmrəy olduğunu, onların dözümlülüklərini alqışladığını bildirib.

Baş katib qeyd edib ki, Kiyevə istənilən vaxt səfər etməyə hazırdır: "Mən Ukrayna səlahiyyətliləri ilə sıx əlaqədəyəm. Ancaq Kiyevə səfərim üçün qaydalara əsasən, ilk olaraq Ukrayna tərəfindən dəvət gəlməlidir. Ümid edirəm ki qısa zamanda Kiyevə tezliklə səyahət edə biləcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR