Borrel Çinin müdafiə naziri ilə görüşüb - FOTO

Borrel Çinin müdafiə naziri ilə görüşüb - FOTO
# 04 iyun 2023 09:15 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Çinin müdafiə naziri Li Şanqfu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

"Çinin müdafiə naziri Li Şanqfu ilə Rusiyanın Ukraynaya qarşı müharibəsi, Tayvan və Cənubi Çin dənizi məsələləri də daxil olmaqla ümumi strateji narahatlıqlar barədə konstruktiv müzakirə apardım.

Beynəlxalq hüquqa etimad və hörmət əsasında Aİ-Çin münasibətlərinin inkişafının davam etməsini səbirsizliklə gözləyirik", deyə Borrel vurğulayıb.

Qeyd edək ki, tərəflər arasında görüş Sinqapurda Şanqri-La Dialoqu konfransı çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR