Britaniya Ukrayna hərbçiləri üçün təlimləri genişləndirir

Britaniya Ukrayna hərbçiləri üçün təlimləri genişləndirir
# 08 fevral 2023 16:22 (UTC +04:00)

Böyük Britaniya Ukrayna hərbçiləri üçün təlimləri genişləndirir.

APA-nın Briyaniya bürosunun müxbiri xəbər verir ki, Britaniyanın Baş naziri Rişi Sunak Ukraynanın NATO standartlarına uyğun döyüş təyyarələri ilə uça bilməsi üçün ukraynalı pilotlara və dəniz piyadalarına təlimlər keçiləcəyini bildirib.

“Mən fəxr edirəm ki, bu gün biz bu təlimi əsgərlərdən dəniz piyadalarına və döyüş təyyarəsi pilotlarına qədər genişləndirəcəyik və Ukraynanın gələcəkdə öz maraqlarını yaxşı müdafiə edə biləcək hərbçilərə malik olmasını təmin edəcəyik",- deyə Baş nazir Parlamentdə çıxışında deyib.

Qeyd edək ki, Böyük Britaniya son altı ayda artıq 10 000 Ukrayna əsgərinə təlim keçib və Ukrayna qoşunlarının təlimini genişləndirmək üçün beynəlxalq səylər çərçivəsində bu il daha 20 000 əsgərə təlim keçməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR