Britaniya Ukraynaya ağır artilleriya sistemləri verəcək

Britaniya Ukraynaya ağır artilleriya sistemləri verəcək
# 06 iyun 2022 13:03 (UTC +04:00)

Britaniya Ukraynaya "M270" reaktiv yaylım atəşi sistemi verəcək.

APA Britaniyanın hökumət saytına istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə nazir Ben Vallas bəyan edib.

Bildirilib ki, 80 km-ə qədər məsafədəki hədəfləri dəqiqliklə vura bilən qabaqcıl "M270" sistemi Ukrayna qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Bu silah sistemi ilə yanaşı, Britaniya M31A1 sursatlarını da Ukrayna üçün tədarük edəcək.

"Britaniya bu mübarizədə Ukraynanın yanındadır və bu ölkənin qəhrəman qoşunlarını öz ölkəsini səbəbsiz işğaldan qorumaq üçün lazım olan həyati silahlarla təmin etməkdə aparıcı rol oynayır. Beynəlxalq ictimaiyyət dəstəyini davam etdirsə, Ukraynanın qalib gələ biləcəyinə inanıram. Rusiyanın taktikası dəyişdikcə, bizim Ukraynaya dəstəyimiz də dəyişməlidir. Bu yüksək qabiliyyətli çoxşaxəli raket sistemləri ukraynalı dostlarımıza Putin qüvvələrinin şəhərləri dağıtmaq üçün fərq qoymadan istifadə etdiyi uzaqmənzilli artilleriyanın qəddar istifadəsindən daha yaxşı qorunmağa imkan verəcək", - Britaniya müdafiə naziri bildirib.

Ukrayna əsgərləri sistemlərin effektivliyini maksimum dərəcədə artıra bilmələri üçün Böyük Britaniyada buraxılış qurğularından necə istifadə etmək barədə təlim keçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR