Britaniyada Kraliça Elizabetin taxta çıxmasının 70 illiyi qeyd olunub - FOTO

Britaniyada Kraliça Elizabetin taxta çıxmasının 70 illiyi qeyd olunub - FOTO
# 02 iyun 2022 18:23 (UTC +04:00)

Böyük Britaniya Kraliçası II Elizabetin taxta çıxmasının 70 illik platin yubileyi münasibətilə Londonda “Trooping The Colour” adlı təntənəli parad keçirilib.

APA-nın Britaniya bürosu xəbər verir ki, Britaniya Ordusunun 1400-dən çox parad əsgəri, 200 at və 400 musiqiçi hər iyun ayında Kraliçanın rəsmi doğum gününü qeyd etmək üçün bu paradda bir araya gəlir.

Paradın sonunda kral ailəsinin üzvləri Kral Hava Qüvvələrinin uçuş şousunu izləmək üçün Kraliça ilə birgə Bukingem Sarayının eyvanında toplaşıblar.

Qeyd edək ki, paradın ilk hissəsində heyvan haqları müdafiəçiləri polis barrikadasını keçərək parada maneə törətməyə çalışıblar.

Polis onları ərazidən uzaqlaşdıra bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR