Britaniyanın müdafiə naziri Kiyevə gedib

Ben Uolles, Oleksiy Reznikov

© APA | Ben Uolles, Oleksiy Reznikov

# 30 sentyabr 2022 15:00 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə gedib.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Twitter"də bildirib.

“Britaniya müdafiə naziri Uollesin Ukraynaya hər səfəri döyüş meydanına xoş xəbərlər gətirir. NLAWs, zirehli maşınlar, Starstreaks, Brimstones, Böyük Britaniyanın rəhbərlik etdiyi ukraynalı hərbçilər üçün təlim proqramı... Növbəti nə var? Bu gün müzakirə edəcəyimiz bir neçə yaxşı ideyamız var”, - ukraynalı nazir deyib.

Qeyd edək ki, Britaniyanın müdafiə naziri Uolles daha əvvəl "Twitter"də paylaşımında Kiyevə səfər edəcəyindən və ukraynalı həmkarı ilə görüşəcəyindən məmnunluğunu ifadə edib: “Ukraynaya daha çox hərbi yardımın verilməsini müzakirə etmək üçün bu həftə Kiyevdəyəm. Onların Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyimiz güclənir və bu, 2023-cü ilə qədər və ondan sonra da davam edəcək!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR