Bu il Gürcüstandan 15 Azərbaycan vətəndaşı deportasiya edilib

Bu il Gürcüstandan 15 Azərbaycan vətəndaşı deportasiya edilib
# 02 noyabr 2022 11:18 (UTC +04:00)

Bu il Gürcüstandan 15 Azərbaycan vətəndaşı deportasiya edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında bildirilib.

Qeyd olunub ki, onlardan 2-si yanvar-mart, 9-u aprel-iyun, 4-ü isə iyul-sentyabr aylarında deportasiya edilib.

Məlumatda qeyd olunub ki, bu il Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarından 11-i kişi, 4-ü qadın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR