Darçiaşvili: Enerji təhlükəsizliyini gücləndirmək üçün qonşu ölkələrlə fəal işləyirik

Darçiaşvili: Enerji təhlükəsizliyini gücləndirmək üçün qonşu ölkələrlə fəal işləyirik
# 07 oktyabr 2022 10:38 (UTC +04:00)

Gürcüstan regional enerji təhlükəsizliyində rolunun gücləndirilməsi məqsədilə həm qonşu, həm də tərəfdaş ölkələrlə fəal iş aparır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, ölkəsinin bu istiqamətdəki rolu hazırda pisləşən enerji təhlükəsizliyi şərtləri fonunda daha da artıb və əhəmiyyət qazanıb.

"Bizim üçün regional təhlükəsizlik bütün kontekstlərdə və ölçülərdə önəmlidir",- nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR