Ərdoğan xalqa təşəkkür edib

Ərdoğan xalqa təşəkkür edib
# 28 may 2023 21:26 (UTC +04:00)

“Bizə demokratiya bayramı yaşadan millətimə təşəkkür edirəm”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

O, seçki məntəqələrinə gedib iradəsini qoyan vətəndaşlarına təşəkkür edib: "Vətəndaşlarımızı, gənclərimizi, partiyadaşlarımızı təbrik edirəm. Qarşıdakı 5 il boyunca ölkəni bizə etibar edən hər bir vətəndaşımıza təşəkkür edirəm. İnşallah, sizin etimadınıza layiq olacağıq. 21 il necə olmuşuqsa, indi də elə olacağıq".

“Mən öz seçimi ilə növbəti 5 ildə ölkəni idarə etmək məsuliyyətini bir daha bizə həvalə edən millətimizin hər bir üzvünə təşəkkür edirəm” – Ərdoğan vurğulayıb.

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR