Fransada meymun çiçəyinə 16 yoluxma qeydə alınıb

Fransada meymun çiçəyinə 16 yoluxma qeydə alınıb
# 29 may 2022 18:30 (UTC +04:00)

Fransada meymun çiçəyinə 16 yoluxma qeydə alınıb.

APA-nın BFMTV telekanalına istinadən verdiyi xəbərə görə, İl-de-Frans regionunda 12, Overn-Rona-Alp regionunda 1, Oksitani regionunda 2, Normandiyada isə 1 nəfər bu virusa yoluxub.

Qeyd edək ki, Fransa Səhiyyə Nazirliyi bundan əvvəl virusa yoluxan insanlarla ünsiyyətdə olan şəxslərə peyvənd vurdurmağı məsləhət görüb.

Fransada artıq profilaktika çərçivəsində bu virusla bağlı ilk peyvəndləmə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR