Fransada parlament seçkilərinin ilkin nəticələri məlum olub

 Fransada parlament seçkilərinin ilkin nəticələri məlum olub
# 19 iyun 2022 22:20 (UTC +04:00)

Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub

APA “Le Monde” saytına istinadla xəbər verir ki, “Ipsos-Sopra Steria” tanınmış media qurumlarının sifarişi əsasında exit-poll keçirib.

Sorğunun nəticələrinə görə, prezident Emmanuel Makronun partiyası Milli Assambleydada 577 yerdən 224-nü qazansa da, mütləq çoxluğu əldə edə bilməyib. Seçkilərin ikinci mərhələsində solçular parlamentdə ikinci siyasi qüvvəyə və əsas müxalifəçiyə çevrilib. İfrat sağçı Milli Cəbhə partiyası da rekord həddə yerə sahib olub – 89 deputat.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR