Fransada yoluxma sayında növbəti rekord qeydə alınıb

Fransada yoluxma sayında növbəti rekord qeydə alınıb
# 07 yanvar 2022 02:01 (UTC +04:00)

Fransada son sutkada koronavirusa 332 252 yoluxma halı qeydə alınıb. Bu rəqəm daha əvvəlki günlə müqayisədə 22% çoxdur.

APA-nın xəbərinə görə, həftə ərzində yoluxma üzrə orta göstərici 200 000 nəfərdən çox olub. Paralel olaraq xəstəxanaya yerləşdirilmə halları da artır. Ölkə üzrə bütün xəstəxanalara daxil olanların sayı çıxanları üstələyib.

Bu arada, ölkənin səhiyyə naziri Oliviye Veran bildirib ki, xəstəxanaya yerləşdirilənlərin 5%-i vaksin olunmadan saxta sertifikat əldə edənlərdir.

Ölkədə yeni qəbul edilmiş qanuna görə, saxta vaksin sertifikatı əldə etmək 5 il həbs və ya 75 000 avro cərimə ilə cəzalandırılır. Lakin əməli törədən şəxs 1 ay müddətində könüllü surətdə peyvənd olunduqda cəzadan azad edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR