Fransanı dördüncü isti hava dalğası bürüyüb - FOTO

Fransanı dördüncü isti hava dalğası bürüyüb - FOTO
# 07 avqust 2022 21:15 (UTC +04:00)

Fransada sabahdan etibarən bir həftə ərzində isti hava hökm sürəcək.

APA yerli mediaya istinadən xəbər verir ki, bəzi bölgələrdə temperaturun 40 dərəcəni keçəcəyi qeyd edilib.

Ölkədə üç həftədir isti hava şəraiti davam edir.

Meteroloqlar bazar ertəsindən avqustun 15-dək yeni isti hava dalğasının başlayacağını bildirilib.

Bəzi rayonlarda havanın temperaturunun 40 dərəcədən yuxarı qalxacağı proqnozlaşdırılsa da cənubda əsəcək isti küləklərin şimala doğru hərəkət edəcəyinə görə, güclü tufan xəbərdarlığı edilib.

İsti və quraq hava səbəbindən Morbian vilayətində eyni vaxtda 20 yanğın başlayıb.

Bəzi yanğınların geniş əraziyə keçməsinin qarşısı alınıb.

Hələlik yanğınların son vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR