Gürcüstan Aİ-yə üzvlüklə bağlı sorğunu tamamlayıb

Gürcüstan Aİ-yə üzvlüklə bağlı sorğunu tamamlayıb
# 06 may 2022 13:01 (UTC +04:00)

Gürcüstan Avropa İttifaqına üzvlük namizədi statusunun əldə edilməsi məqsədi ilə mayın 10-dək sorğunun ikinci hissəsini də tamamlayaraq Avropa Komissiyasına təqdim edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili keçirdiyi brifinqdə məlumat verib.

Nazir qeyd edib ki, sorğunun ikinci hissəsi üzərində iş artıq başa çatdırılıb.

Qeyd edək ki, Gürcüstan sözügedən sorğunun birinci hissəsini mayın 2-də Tbilisidə Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzelə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR