İspaniyada isti hava 360 nəfərin ölümünə səbəb olub

İspaniyada isti hava 360 nəfərin ölümünə səbəb olub
# 18 iyul 2022 02:44 (UTC +04:00)

İspaniyada ötən həftə isti hava 360 nəfərin həyatına son qoyub.

APA-nın xəbərinə görə, bu barədə III Karlos İnstitutu məlumat yayıb.

Qeyd olunur ki, cümə günü temperatur 45 dərəcə Selsini keçdiyi üçün 123 nəfər dünyasını dəyişib. Əlverişsiz havaya görə ölənlərin əksəriyyəti yaşlı və xəstədir.

Bəzi ərazilərində temperatur 45 dərəcə Selsini keçən Portuqaliyada da oxşar vəziyyət hökm sürür. Bu ölkədə 238 nəfər istidən ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR