İsveç Ukraynaya gəmi əleyhinə raketlər verəcək

İsveç Ukraynaya gəmi əleyhinə raketlər verəcək
# 03 iyun 2022 06:55 (UTC +04:00)

İsveç Müdafiə Nazirliyi Ukraynaya üçüncü yardım paketi çərçivəsində”RBS-17” gəmi əleyhinə raket kompleksi göndərəcək.

APA xəbər verir ki, bu barədə “Gazeta.ru” “The Warzone” nəşrinə istinadən məlumat yayıb.

İsveçin müdafiə naziri Peter Hultkvist bildirib ki, bu sistemlərin göndərilməsi Ukrayna tərəfinintələbi əsasında baş tutub.

“RBS-17” Amerikanın tank əleyhinə idarə olunan “AGM-114 Hellfire” raketlərinin İsveç versiyasıdır və dəniz hədəflərinə atəş açmaq üçün uyğunlaşdırılıb.

Raket 1987-ci ildən istehsal olunur.

Raket radar və lazer yönləndirmə sistemlərindən istifadə edilməklə və 8 km-ə qədər məsafədə atış edə bilir.

O, yüksək partlayıcı parçalanma döyüş başlığına malikdir və yerüstü hədəflərə qarşı istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR