İtaliyanın Baş naziri yenidən Tunisə səfər edəcək

İtaliyanın Baş naziri yenidən Tunisə səfər edəcək
# 08 iyun 2023 19:41 (UTC +04:00)

İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen və Hollandiyanın baş naziri Mark Ruttenin müşayiəti ilə iyunun 11-də yenidən Tunisə gedəcək.

APA "La Repubblica" qəzetinə istinadla xəbər verir ki, Ciorcia Meloninin sözlərinə görə, Ursula fon der Leyen və Rutte ilə çətin vəziyyətdə olan bu ölkəyə Avropanın yardım planını müzakirə etmək və gələcəkdə problemin dərinləşməsinin qarşısını almaq üçün gedirlər.

O, bu səfərin Beynəlxalq Valyuta Fondunun Tunisə kredit ayrılmasına dair sazişin bağlanmasına töhfə verə biləcəyinə diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR