Kanada Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir

Kanada Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir
# 09 may 2022 09:47 (UTC +04:00)

Kanada Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir.

APA-nın CNN-ə istinadən xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.

Eyni zamanda, Trüdo ölkəsinin dron kameraları, peyk şəkilləri, silahlar və minaların təmizlənməsi əməliyyatları üçün maliyyə yardımı da daxil olmaqla, Ukraynaya daha çox hərbi yardım edəcəyini elan edib.

O əlavə edib ki, Kanada Ukraynadan idxal edilən məhsullara görə ticarət tariflərini gələn il ləğv edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR