Kiyevdə komendant saatının vaxtı qısaldılır.
APA "Ukranews.com" saytına istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko "Teleqram" hesabındakı paylaşımında məlumat verib.
Bildirib ki, mayın 15-dən komendant saatı 1 saat gec başlayacaq və saat 23:00-dan 05:00-dək tətbiq ediləcək.
Mer qeyd edib ki, komendant saatının qısaldılması ilə əlaqədar ictimai nəqliyyatın iş vaxtı artırılacaq. Belə ki, metro 06:00-dan 22:00-dək, yerüstü ictimai nəqliyyat isə 22:30-dək fəaliyyət göstərəcək.
Kliçko əhalini hava hücumu siqnalına etinasızlıq göstərməməyə çağırıb və Kiyevə raket hücumu təhlükəsinin hələ də qaldığını xatırladıb.