Kuleba: Moldova, Polşa və Ukraynada baş verənlərə görə Rusiya məsuliyyət daşıyır

Dmitri Kuleba / Entoni Blinken

© APA | Dmitri Kuleba / Entoni Blinken

# 17 noyabr 2022 13:53 (UTC +04:00)

Bu gün səhər Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ Dövlət katibi Entoni Blinken arasında növbəti telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri rəsmi “Twitter” səhifəsində yazıb.

“Bu gün səhər Ukrayna növbəti dəfə Rusiya tərəfindən kütləvi raket atəşinə tutulan zaman ABŞ Dövlət katibi Entoni Blinkenlə telefonla əlaqə saxladım. Hər ikimiz Rusiyanın kütləvi raket zərbələrinin nəticəsində Moldova, Polşa və Ukrayna ərazilərində yaranmış vəziyyətə görə məsuliyyət daşıması barədə eyni fikirdəyik” – Kuleba qeyd edib.

O həmçinin əlavə edib ki, ABŞ-ın Ukraynaya müdafiə məqsədilə göstərdiyi köməyə görə Blinkenə təşəkkürünü bildirib və hava hücumundan müdafiə (HHM) sistemlərinin Ukraynaya çatdırılmasını tezləşdirməyin vacibliyini vurğulayıb: “NASAMS sistemləri artıq öz effektivliyini sübuta yetirib və mən əminəm ki, artıq “Patriot” HHM sistemlərinin Ukraynaya gətirilməsi zamanıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR