Londonun Hitrou hava limanı yaxınlığında yanğın baş verib - FOTO

Londonun Hitrou hava limanı yaxınlığında yanğın baş verib - FOTO
# 02 avqust 2022 01:37 (UTC +04:00)

Böyük Britaniya paytaxtının Hitrou hava limanı yaxınlığında böyük yanğın baş verib.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, tüstünün çox olması səbəbindən təyyarələr başqa uçuş-enmə zolağından istifadə etməyə məcbur qalıb.

Bununla əlaqədar uçuşların gecikməsi ilə bağlı xəbərdarlıq da edilib.

Felthamdakı tarlada başlayan yanğını söndürmək üçün 100 yanğınsöndürən göndərilib.

Yaxınlıqda yaşayan insanlara pəncərə və qapıları açmamaq tövsiyə olunur.

İlkin məlumata görə, tələfat yoxdur, ot örtüyündə baş verən yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR