Londonun mərkəzində atışmada 4 nəfər yaralanıb

Londonun mərkəzində atışmada 4 nəfər yaralanıb
# 14 yanvar 2023 22:41 (UTC +04:00)

Londonun mərkəzində atışma nəticəsində üç qadın və bir uşaq güllə yaraları ilə xəstəxanaya aparılıb.

APA-nın məlumatına görə, Skotland-Yardın “Twitter” səhifəsində bildirilir ki, avtomobildə olan naməlum şəxslər kilsənin yaxınlığında insanlara atəş açıb.

“Ərazidə çox sayda polis əməkdaşı var. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, hadisənin baş vermə şəraiti hələ də aydınlaşdırılır. Hələlik heç kim saxlanılmayıb. Hadisə dəfn mərasiminin keçirildiyi kilsənin yaxınlığında baş verib”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR