Lvovda Ərdoğanla Zelenski arasında görüş keçirilir

Lvovda Ərdoğanla Zelenski arasında görüş

© APA | Lvovda Ərdoğanla Zelenski arasında görüş

# 18 avqust 2022 16:45 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş başlayıb.

APA Türkiyə müxbiri xəbər verir ki, görüş Ukraynanın Lvov şəhərində keçirilir.

Lvovda BMT Baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında üçtərəfli görüş də nəzərdə tutulur.

Müzakirə olunacaq mövzular arasında BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən taxıl sazişinin davamı olaraq atəşkəsin təmin edilməsi və Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünün təşkil edilməsi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR