Moldova parlamenti fövqəladə vəziyyətin vaxtını 60 gün uzadıb

Moldova parlamenti

© APA | Moldova parlamenti

# 02 fevral 2023 17:44 (UTC +04:00)

Moldova parlamenti ölkədə enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyətin müddətini 60 gün uzadıb.

APA xəbər verir ki, bu barədə “Moldova 1” kanalı məlumat yayıb.

Bildirilib ki, ölkə parlamentinin bugünkü iclasında fövqəladə vəziyyətin müddətinin fevralın 4-dən 60 gün uzadılması qərarı qəbul edilib.

Xatırladaq ki, dünən Moldova Nazirlər Kabineti ölkədə fövqəladə vəziyyətin müddətinin uzadılmasını zəruri hesab edərək, müvafiq təklifin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR