Moldova sakinləri kütləvi etiraz aksiyasına çıxıblar, yollar bağlanıb

Moldova sakinləri kütləvi etiraz aksiyasına çıxıblar, yollar bağlanıb
# 18 sentyabr 2022 17:02 (UTC +04:00)

Müxalifətçilər Kişinyov küçələrinə çıxıb etiraz ediblər. Yürüş səbəbindən şəhərin bəzi küçələrində yollar bağlanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, etirazçılar Moldova hakimiyyətindən dəyişiklik tələb edirlər. Bundan əlavə, tələblər arasında Moldova prezidenti Maia Sandu başda olmaqla ölkə rəhbərliyinin istefası da var.

“İnsanlar dəyişiklik istəyir, ona görə də etirazlar bu hökumət gedənə qədər davam edəcək”, - Orhei bölgəsinin nümayəndəsi Dinu Turcanu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR