Norveç Ukraynaya yeni hərbi yardım göndərəcək

Norveç Ukraynaya yeni hərbi yardım göndərəcək
# 08 sentyabr 2022 16:52 (UTC +04:00)

Norveç Ukraynaya hərbi yardım göndərəcək.

APA Norveç Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Byorn Arild Qram bu gün Almaniyada 40-a yaxın ölkənin müdafiə nazirləri ilə görüşərkən deyib.

Nazir bildirib ki, Norveç Ukraynaya "Hellfire" raketlərini ianə edəcək. Yardıma təxminən 160 raket, istiqamətləndirici qurğular daxildir. Ukrayna Silahlı Qüvvələrinə həmçinin gecəgörmə cizahları da veriləcək.

Byorn Arild Qram bildirib ki bu, Ukraynanın tələb etdiyi silahdır və Rusiya qüvvələrinə qarşı mübarizədə faydalı olacaq. Müdafiə naziri Byorn Arild Qram deyib ki, raketin idarə edilməsi asandır və həm quru, həm də dəniz hədəflərinə qarşı istifadə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR