Rusiya Almaniyanın 40 diplomatını ölkədən çıxarır

Rusiya Almaniyanın 40 diplomatını ölkədən çıxarır
# 25 aprel 2022 17:29 (UTC +04:00)

Almaniya səfiri Geza Andreas von Geyr Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

“Almaniya Federativ Respublikası hökumətinin 2022-ci il aprelin 4-də Rusiya diplomatik qurumlarının 40 əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı açıq-aşkar qeyri-dost qərarı ilə əlaqədar Almaniyanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbərinə kəskin etiraz edilib.

AFR hökumətinin yuxarıda qeyd olunan qərarına cavab olaraq, Almaniyanın Rusiyadakı diplomatik qurumlarının 40 əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı nota Almaniya səfirinə təqdim edilib”, - Rusiya XİN-in məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR