Türkiyə PrezidentinİN sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal iyunun 19-da Brüsselə səfər edəcəklər.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti müzakirə olunacaq.