Türkiyə Ukraynanın Rusiyaya təklif etdiyi sülh planını dəstəkləyir

Türkiyə Ukraynanın Rusiyaya təklif etdiyi sülh planını dəstəkləyir
# 10 yanvar 2023 13:55 (UTC +04:00)

Türkiyə Ukraynanın Rusiyaya təklif etdiyi 10 bəndlik sülh planını dəstəkləyir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Afrika Respublikasından olan həmkarı Naledi Pandor ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi bu danışıqlar planının bir neçə bəndi üzrə prosesə başçılıq etmək istəyir. Türkiyəli nazir əlavə edib ki, Rusiya da artıq danışıqlara hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR