Türkiyə XİN rəhbəri: Bu gün PKK simvolları İsveçdədir

Türkiyə XİN rəhbəri: Bu gün PKK simvolları İsveçdədir
# 01 fevral 2023 13:10 (UTC +04:00)

“İsveçdə baş verən təxribatların arxasında hansısa ölkənin olduğunu deyə bilmərəm”.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində estoniyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu təxribatların məqsədi İsveçin NATO-ya üzvlüyünə mane olmaqdır: “PKK və digərləri İsveçin NATO-ya üzv olacağı təqdirdə onların üzərində daha çox təzyiqin olacağını bilirlər. Bu təxribatçıların məqsədi İsveçin NATO üzvlüyə mane olmaqdır. Amma əlimizdə sübut olmadan hansısa ölkənin adı çəkə bilmərəm. PKK-nı dəstəkləyənlər hələ də İsveçdə pul yığmağa davam edirlər. PKK simvolları bu gün İsveçdədir. İsveç bu cür təxribatların qarşısını almalıdır. Nə olursa-olsun, İsveçin vəzifəsi terror hücumlarının qarşısını almaq olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR