Türkiyədə koronavirusdan daha 168 nəfər vəfat edib

Türkiyədə koronavirusdan daha 168 nəfər vəfat edib
# 23 dekabr 2021 22:34 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 168 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 355 753 nəfərin test edildiyi, 18 771 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 605 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 127 285 128 peyvənd tətbiq edilib ki, bunun 91,43 faizi birinci, 82,68 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR