Ukrayna limanlarından daşınan taxılın miqdarı açıqlanıb

Ukrayna limanlarından daşınan taxılın miqdarı açıqlanıb
# 15 sentyabr 2022 15:30 (UTC +04:00)

Avqustun 1-dən bu günə Ukrayna limanlarında daşınan taxılın miqdarı 3 milyon 250 min tonu ötüb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, taxıl daşıyan gəmilərdən 144-ü Ukrayna limanlarını tərk etdiyi halda, 161 gəmi taxıl almaq üçün Ukrayna limanlarına daxil olub.

Əlavə olunub ki, bu günə olan məlumata görə, daha 11 gəmi Ukrayna limanlarından taxıl yükü ilə yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR